İdman

“Barselona”nı məğlub edəcək səviyyədəyik” – Sançes

5 Sentyabr 2019 10:28
0 Şərh     Baxış: 1 698
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "İnter" klubunun yeni transferi Aleksis Sançes Çempionlar Liqasının qrup mərhələsi ilə bağlı açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, çilili futbolçu, qrup mərhələsindəki rəqibləri "Barselona"nı məğlub edə biləcəklərini deyib:

"Barselona"ya qarşı oynamaq mənim üçün xüsusi olacaq. Orda bir çox uğurlar qazanmışam. Çox çətin oyun olacaq, amma "Barselona"nı məğlub edəcək səviyyədəyik.

Hələ də uğura acam. Oynamaq və kuboklar qazanmaq istəyirəm. Bunun üçün komanda yoldaşlarımla birlikdə mübarizə aparmağa məcburuq. Komanda kimi bir yerdə ola bilsək, bir çox uğuru qazana bilərik".

"İnter" Çempionlar Liqasının F qrupunda "Barselona", "Borussiya" (Dortmund) və "Slaviya" ilə mübarizə aparacaq.

30 yaşlı hücumçu 2011-2014-cü illərdə "Barselona"nın şərəfini qoruyub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.