İdman

Əmrə Can Sarriyə niyə qəzəblənib?

4 Sentyabr 2019 16:35
1 Şərh     Baxış: 1 333
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un yarımmüdafiəçisi Əmrə Canın adı Çempionlar Liqasının oyunları üçün iştirak ərizəsinə daxil edilməyib. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki,25 yaşlı türk əsilli futbolçu "Bild" nəşrinə müsahibəsində baş məşqçi Mauritsio Sarrinin bu qərarına təəccübləndiyini deyib: 

"Tamamilə şokda idim. Baş məşqçi ilə söhbətim cəmi 1 dəqiqə davam etdi və mənə Çempionlar Liqasında nə üçün oynamayacağımla bağlı səbəb deyilmədi. Bu məni həm qəzəbləndirdi, həm də məyus etdi. Keçən həftə mənə klub tərəfindən başqa söz verilmişdi. Milli komandadan qayıtdıqdan sonra "Yuventus"la bu barədə bir daha danışacam. Mənə PSJ-dən təklif var idi, amma mən "Yuventus"da qalmağı seçdim. Çempionlar Liqasında oynamağım şərtdir".

Qeyd edək ki, Almaniya millisinin üzvü 2018-ci ildə "Liverpul"dan "Yuventus"a keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.