İdman

"Barselona" və Neymar bir-birilərini məhkəməyə verdilər

4 Sentyabr 2019 11:19
1 Şərh     Baxış: 2 162
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSJ-nin utbolçusu Neymar və "Barselona" bir-birilərini məhkəməyə veriblər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Paris təmsilçisinə keçməzdən öncə ispanlardan 40 milyon avro bonus almalı idi, ancaq bu məbləğin yalnız 14 milyonunu ala bilib. Braziliyalı oyunçu qalan pulu və 10 faiz təzminatı tələb edir. Kataloniya klubu isə sabiq futbolçusu Neymarın mövqavilə şərtlərini pozduğu üçün ondan 75 milyon avro istəyir.

Artıq bu məsələ ilə bağlı iş iki dəfə təxirə salınıb. Məhkəmə iclası əvvəlcə bu il yanvarın 31-nə təyin edilsə də, son anda təxirə salınıb. Növbəti proses isə martın 31-nə salınıb, lakin Neymarın vəkilləri onun PSJ ilə müqaviləsini üzə çıxartmaqdan imtina ediblər. Hakim məhkəməni sentyabrın 27-nə təyin edib.

Bildirilir ki, şahidlər arasında Fransa klubunun prezidenti Nasser Əl-Xəlafi də olmalıdır, baxmayaraq ki, o, əvvəl ifadə verməkdən imtina edib.

Qeyd edək ki, Neymar 2 il əvvəl "Barselona"dan PSJ-yə rekord məbləğə - 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var. Futbolçunun yay transfer pəncərəsində keçmiş klubuna keçidi gündəmdə olsa da, son anda PSJ tərəfinin irəli sürdüyü şərt transferin reallaşmasına problem yaradıb.

PSJ Neymar üçün 150 milyon avro, həmçinin 3 futbolçu - Jan-Klera Todibo, İvan Rakitiç və Usman Dembelenin icarə verilməsini istəyib. Son anda isə transfer məbləğini futbolçu dəyişikliyi olmadan 300 milyon avroya qaldırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.