İdman

Ronaldo bunu etməkdən imtina etdi

2 Sentyabr 2019 16:44
14 Şərh     Baxış: 5 446
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Juventus-un futbolçusu Kriştiano Ronaldo formasına ötən mövsümün ən yaxşı futbolçusu üçün nəzərdə tutulan nişanı taxmaqdan imtina edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 34 yaşlı hücumçu bu addımını özünü komandanın digər oyunçularından üstün tutmaması ilə əlaqələndirib. O, nişan taxmaqdan imtina edən yeganə futbolçu olub.

Qeyd edək ki, İtaliya A Seriyasında 2018/2019 mövsümünün ən yaxşıları İnter-dən Samir Handanoviç (qapıçı), Roma-dan Nikola Zaniolo (ən yaxşı gənc futbolçu), Napoli-dən Kalidu Kulibali (ən yaxşı müdafiəçi), Lazio-dan Sergey Milinkoviç-Saviç (ən yaxşı yarımmüdafiəçi), Sampdoriya-dan Fabio Kvalyarella (ən yaxşı hücumçu) və Kriştiano Ronaldo (ən yaxşı futbolçu) olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.