İdman

Millimiz Rusiyaya uduzub, medalsız qaldı

1 Sentyabr 2019 17:29
0 Şərh     Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatında qarışıq komanda yarışları keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisi 1/8 finalda Avropa çempionu Portuqaliya yığması ilə qarşılaşıb.

Bu görüşdən 4:3 hesablı qələbə ilə ayrılan komandamız uğurun davamını gətirə bilməyib. 1/4 finalda Braziliyaya 1:4 hesabı ilə uduzan cüdoçularımız təsəlliverici görüşlərə qatılıb və bürünc medal uğrunda ilk cəhddə Cənubi Koreyadan güclü olublar - 4:2. Amma mükafat uğrunda son görüşdə Rusiyaya yenilən (1:4) yığmamız mundialı medalsız başa vurub.

Qeyd edək ki, komandada yarışlarından fərqli, fərdi yarışlarda millimizin 2 üzvü fəxri kürsüyə yüksəlməyi bacarmışdı. Belə ki, 73 kq çəkidə mübarizə aparan Rüstəm Orucov gümüş, Hidayət Heydərov isə bürünc medala sahib çıxmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.