İdman

"Çelsi" və MY-dən xal itkisi, "Liverpul"la MS-dən darmadağın

31 Avqust 2019 23:34
0 Şərh     Baxış: 1 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasında 4-cü tura start verilib. Milli.Az matc.az-a istinadən bildirir ki, ilk oyun günündə 8 qarşılaşma keçirilib. 

Açılış oyununda "Mançester Yunayted" səfərdə "Sauthempton"la qarşılaşıb və xal itkisi ilə üzləşib. 

"Çelsi" də "Şeffild Yunayted"lə ev oyunundan xal itkisi ilə ayrılıb. "Mançester Siti" isə "Brayton"u qəbul edib və darmadağına sevinib.

Lider "Liverpul" "Bernli"ni sınağa çəkib və ardıcıl dördüncü qələbəsini bayram edib. 

İngiltərə Premyer Liqası
4-cü tur
31 avqust

Sauthempton - Mançester Yunayted 1:1
Qol: Vesterqaard, 58 - Ceyms, 10.

Çelsi - Şeffild Yunayted 2:2
Qol: Abraham, 19; 43 - Robinson, 46. Zuma, 89-öz qapısına.

Kristal Pelas - Aston Villa 1:0
Qol: Ayyu, 73.

Lester - Bornmut 3:1
Qol: Vardi, 12; 73. Tilemans, 41 - Uilson, 15.

Mançester Siti - Brayton 4:0
Qol: De Breyne, 2. Aquero, 42; 55. B.Silva, 79.

Nyukasl - Uotford 1:1
Qol: Şar, 41 - Huqes, 2.

Vest Hem - Norviç 2:0
Qol: Haller, 24. Yarmolenko, 56.

Bernli - Liverpul 0:3
Qol: Vud, 33-öz qapısına. Mane, 37. Firmino, 80.

1 sentyabr

17:00 Everton - Vulverhempton
19:30 Arsenal - Tottenhem

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.