İdman

21-ci əsrin rekordçusu

31 Avqust 2019 22:49
0 Şərh     Baxış: 2 189
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Atletik" klubu İspaniya La Liqasının 3-cü turunda "Real Sosyedad"ı məğlub edib - 2:0. Milli.Az matc.az-a istinadən bildirir ki, sözügedən qarşılaşmada Bilbao təmsilçisinin hücumçusu İnyaki Uilyams yeni rekorda imza atıb.

Belə ki, 25 yaşlı futbolçu "Real Sosyedad"a qarşı oyunda da iştirak edərək, Bilbao təmsilçisi ilə ardıcıl 122-ci matça çıxıb. Bu, 21-ci əsrin rekord göstəricisidir. Uilyams 21-ci əsrdə bir komanda ilə ardıcıl 122 oyuna çıxan ilk futbolçu olub.
 
"Atletik" bir müddət əvvəl yetirməsi İnyaki ilə 9 illik yeni sözləşmə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.