İdman

Gənc gimnast: "Nəhayət "qızıl" qazandım"

31 Avqust 2019 16:45
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatının "gənclər" yaş kateqoriyasında iplə hərəkətlərdə qalibi, gənc gimnast Lalə Qebəybəyova qələbəsinə çox sevinir.

Milli.Az bildirir ki, bunu Trend-ə gimnast özü deyib.

L.Qebəybəyova əlavə edib: "Nəhayət "qızıl" qazandım, qələbəmə çox sevinirəm. Məşqçimə minnətdaram və medalımı ona həsr edirəm. Bu mənim ilk böyük yarışmam deyil, amma həyəcanım var idi. Bəlkə bu, mənim hərkətlərimə təsir etdi, çünki ən yaxşı nəticəni göstərə bildim".

Gənc gimnast vurğulayıb ki, çempionatın bütün finalçıları güclü idmançılar olduğundan mübarizə də asan keçməyib:

"Bu gün tamaşaçılar arasında anam da var, onun dəstəyi mənim üçün çox vacibdir. Anam yanımda olanda, özümə inamım daha böyük olur".

Xatırladaq ki, 29-31 avqust tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Çempionatı keçirilir. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.