İdman

"Liverpool"dan 4 qol buraxan "Barcelona"ya baxın" - Ronaldo

31 Avqust 2019 14:21
24 Şərh     Baxış: 6 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Juventus"un hücumçusu Kriştiano Ronaldo UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, D qrupunda Atletico, Bayer və Lokomotiv-lə qarşılaşacaq "qoca sinyora"nın portuqaliyalı futbolçusu, turnirlə və rəqibləri ilə bağlı açıqlama verib:

"Bu il də bütün komandalar gücləndi. Hər kəs qalib gəlmək üçün daha da güclü olmağa çalışır. Ümid edirəm ki, bu dəfə Çempionlar Liqasını Juventus qazanar, amma bu turnirdə qalib gəlmək xüsusilə çətindir. Favoritlər hər zaman qalib gəlmir. "Enfild Roud"da Liverpool-dan 4 qol buraxan Barcelona-ya baxın. Eyni zamanda, hər kəs bizim Ajax-ı məğlub edəcəyimizi gözləyirdi, amma bu, baş vermədi. Eyni hadisə Real Madrid-də də yaşandı. Bu turnirdə qalib gəlmək çox çətindir, amma bunun üçün hər şey edəcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.