İdman

Rüstəm gümüş, Hidayət bürünc medal qazandı - YENİLƏNİB

27 Avqust 2019 16:32
1 Şərh     Baxış: 1 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:32

Azərbaycan cüdoçuları Yaponiyada keçirilən dünya çempionatının 3-cü günündə 2 medal qazanıb. 

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, hər iki medal 73 kq çəki dərəcəsində əldə edilib.  Hidayət Heydərov bürünc medal uğrunda görüşdə əlavə vaxtda Tacikistan idmançısı Somon Maxmadbekova qalib gələrək dünya üçüncüsü olub. 

Bu çəkidə çıxış edən digər cüdoçumuz Rüstəm Orucov isə yalnız final görüşündə  uduzub. O, həlledici görüşdəi yaponiyalı olimpiya və dördqat dünya çempionu Sexey Ono "ippon"la uduzaraq gümüş medala layiq görülüb. Qeyd edək ki, yarımfinalda Rüstəm komanda yoldaşı Hidayət Heydərova qalib gəlməklə finala yüksəlmişdi.

Bu gün mübarizəyə qoşulan milli komandamızın digər üzvü - qadınlar arasında 57 kq çəkidə çıxış edən monqolustanlı legioner İçinxorloo Munxtsedev isə elə ilk görüşdə uduzaraq mübarizəni dayandırıb.

Yarışın əvvəlki 2 günündə isə Azərbaycan cüdoçularından Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) uğursuz çıxış edib.

----------

15:21

Azərbaycan cüdoçusu Rüstəm Orucov Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatında finala yüksəlib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda millinin digər üzvü Hidayət Heydərova qalib gəlib. Onun finaldakı rəqibi  Şohei Ono (Yaponiya) olacaq.

Heydərov isə bürünc medal şansını davam etdirir. O, bunun üçün Somon Mahmadbekovu (Tacikistan) üstələməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.