İdman

Dünya çempionatının üçüncü günündə daha 3 cüdoçumuz tatamiyə çıxacaq

27 Avqust 2019 08:35
0 Şərh     Baxış: 910
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 27-də Yaponiyanın paytaxtı Tokioda keçirilən dünya çempionatının üçüncü günündə 2 çəki dərəcəsində (qadınlar 57 kq və kişilər 73 kq) görüşlər keçiriləcək.

Milli.Az xəbər verir ki, dünya çempionatında daha üç cüdoçumuz tatamiyə çıxacaq. Təmsilçimiz Rüstəm Orucovun ilk rəqibi Vadzim Şoka (Belarus) - Nuno Sarayova (Portuqaliya) cütünün qalibi olacaq. Hidayət Heydərov isə ilk qarşılaşmada Conq Tan (Vyetnam) - Friqyes Zabo (Macarıstan) cütünün qalibini sınağa çəkəcək. Qadın cüdoçumuz İçinxorloo Munxtsedevin ilk rəqibi panamalı Miryam Roper olacaq.

Qeyd edək ki, dünya çempionatının ilk iki günündə mübarizə aparan 6 cüdoçumuz yarış meydanını medalsız tərk edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.