İdman

"Real" doğma meydanda xal itirdi

25 Avqust 2019 09:10
2 Şərh     Baxış: 1 205

Futbol üzrə İspaniya La Liqasında 2-ci turun oyunları keçirilir. Milli.Az matc.az-a istinadən bildirir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Yeni mövsümə "Selta" üzərində qələbə ilə başlayan "Real" bu turda "Valyadolid"i sınağa çəkib. Madrid klubu doğma meydanda xal itkisi ilə üzləşib.

"Xetafe" - "Atletik" görüşündə də tərəflər meydanı hərəyə 1 qol və 1 xalla tərk ediblər. "Osasuna" - "Eybar" matçında isə ümumiyyətlə qapılara qol vurulmayıb. Günün yeganə qalibi doğma meydanda "Valensiya"nı minimal hesabla üstələyən "Selta" olub.

İspaniya La Liqası
2-ci tur

23 avqust

Qranada - Sevilya 0:1
Qol: Cordan, 52.

Levante - Vilyarreal 2:1
Qol: Rocer, 68-pen; 73-pen - Moreno, 3.

24 avqust

Osasuna - Eybar 0:0

Real - Valyadolid 1:1
Qol: Benzema, 82 - Qvardiola, 88.

Selta - Valensiya 1:0
Qol: Fernandes, 15.

Xetafe - Atletik 1:1
Qol: Mata, 12 - Qarsiya, 6.

25 avqust

19:00 Alaves - Espanyol
19:00 Malyorka - Real Sosyedad
23:00 Leqanes - Atletiko
23:00 Barselona - Betis

Milli.Az

loading...

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Zəki · 25 Avqust 19:4100

    Hucum xetdi cox zeifdi.Bitiricilik yoxdu

    Cavab yaz
  • Anonim
    Barcelona · 25 Avqust 20:1011

    noldu reallılar noldu səsiz çıxsına zəif rəqibə öz meydanında heç heçə edib; AMMA BARSA SƏFƏRDƏ GÜCLE RƏQİBƏ ATLETİKO BİLBAOYA MİNİMAL HESABLA UDUZDU OZDƏ MESSİ SUAREZ BUGETSİZ ARTURSUZ VƏ ARTURO VİDALSIZ OYUNA ÇIXDI UDUZDU.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.