İdman

"Liverpul" - "Arsenal" oyununda 4 qol - FOTO

25 Avqust 2019 08:07
0 Şərh     Baxış: 1 243

Avqustun 24-də futbol üzrə İngiltərə Premyer Liqasında üçüncü turun mərkəzi qarşılaşması keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Enfild" stadionunda "Liverpul" London təmsilçisi "Arsenal" komandasını qəbul edib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Yurqen Klopun yetirmələrinin heyətində Joel Matip (41) və Məhəmməd Salah (49, 58) fərqləniblər. "Arsenal"ın yeganə qolunu isə 85-ci dəqiqədə Lukas Torreyra vurub.

Ardıcıl üçüncü qələbəsini qazanan "Liverpul" 9 xalla turnir cədvəlinin vahid lideri olub. "Arsenal" isə 6 xalla ikinci yerdədir.

İngiltərə Premyer Liqası
3-cü tur

23 avqust

Aston Villa - Everton 2:0
Qol: Uesli, 21. El-Qazi, 90+5.

24 avqust

Norviç - Çelsi 2:3
Qol: Kantuell, 6. Pukki, 30 - Abraham, 3; 68. Mount, 17.

Brayton - Sauthempton 0:2
Qol: Djenepo, 55. Redmond, 90+1.

Mançester Yunayted - Kristal Pelas 1:2
Qol: Ceyms, 89 - Ayyu, 32. Aanholt, 90+3.

Şeffild Yunayted - Lester 1:2
Qol: Makberni, 62 - Vardi, 38. Barnes, 70.

Uotford - Vest Hem 1:3
Qol: Qrey, 17 - Noble, 3. Haller, 64; 73.

Liverpul - Arsenal 3:1
Qol: Matip, 41. Salah, 49-pen; 59 - Torreyra, 85.

25 avqust

17:00 Bornmut - Mançester Siti
19:30 Tottenhem - Nyukasl
19:30 Vulverhempton - Bernli

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.