İdman

Torres bu gün son oyununa çıxacaq

23 Avqust 2019 17:39
0 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya yığmasının sabiq hücumçusu Fernando Torres futbolçu karyerasını rəsmən başa vurur.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, ulduz futbolçu bu gün vida oyununa çıxacaq. "Saqan Tosu"nun formasını geyinən forvard "Vissel Kobe" ilə qarşılaşmada son dəfə meydana ayaq basacaq. Rəqibin heyətində isə digər ispaniyalılar - Andres İnyesta və David Vilya çıxış edir.

Qeyd edək ki, Avropa və dünya çempionu olan Fernando Torres karyerası ərzində 706 oyunda iştirak edib, 252 qol, 73 assistlə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.