İdman

"Qalatasaray" gənc futbolçusunu icarəyə verdi

23 Avqust 2019 13:49
0 Şərh     Baxış: 912
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubu bu yay transfer etdiyi Valentine Ozornvaforu icarəyə verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Super Liqa təmsilçisi nigeriyalı müdafiəçini "Almeriya"ya icarəyə verib. Bu barədə "Qalatasaray"ın rəsmi saytı məlumat yayıb. 20 yaşlı müdafiəçi 2019/20 mövsümünü İspaniya Sequndası təmsilçisində keçirəcək.

"Almeriya" mövsümün sonunda 1,8 milyon avro ödəməklə Ozornvaforun transfer hüquqlarına sahib ola bilər.

"Qalatasaray" Ozornvaforu bu yay Nigeriyanın "Enyimba" klubundan 300 min avroya transfer edib. Gənc futbolçu "sarı-qırmızılar"ın 3 yoxlama oyununda forma geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.