İdman

"Qarabağ"ı məğlub etmək inanılmazdır" - "Linfild"in baş məşqçisi

23 Avqust 2019 10:14
3 Şərh     Baxış: 1 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində evdə "Qarabağ"ı 3:2 hesabı ilə məğlub edən Şimali İrlandiyanın "Linfild" klubunun baş məşqçisi Devid Hili mətbuat konfransında fikirlərini bölüşüb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Vindzor Park"da böyük futbol gecəsinin yaşandığını deyib:

"Bu gecə futbolçuların performansını görmək inanılmaz idi. Bu, məni təəccübləndirmədi, çünki uşaqların bacarıqlı olduğunu bilirəm. Onlar ilk qoldan sonra irəli getməyə davam etdi və bu gecə istədiklərimizi yerinə yetirdilər.

"Qarabağ"ı məğlub etmək inanılmazdır. Bu qalibiyyətin mənim Şimali İrlandiya yığmasının heyətində İngiltərə və İspaniya üzərindəki qələbələr kimi, böyük xatirəsi var. Burada bir çox gecə özümü dünyanın ən uc nöqtəsindəki kimi hiss etmişdim. Bu oyunda futbolçular həqiqətən də məni heyran etdi. "Vindsor Park"da möhtəşəm gecələrdən biri idi.

"Qarabağ" kimi rəqiblə oyunda uduzan zaman ən pis hadisələrdən qorxursunuz. Ancaq meydanın hər qarışında mübarizə aparırdıq. Bu oyunda bəxtimiz bir neçə epizodda gətirdi, amma nizamı qoruduq.

Qələbə futbolçulara böyük ruh yüksəkliyi verdi. İştah, enerji və qollar. Bir həftə sonra Bakıda cavab görüşünə çıxacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.