İdman

Azarkeşlər istədi, "Beşiktaş"ın məşqçisi istefaya getdi

22 Avqust 2019 18:51
0 Şərh     Baxış: 1 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Beşiktaş" klubunun baş məşqçisi Abdullah Avcının köməkçilərindən biri istefa verib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu yay Avcı ilə birgə "Başakşəhər"dən "Beşiktaş"a gələn Orhan Ak, vəzifəsindən ayrılmaq qərarına gəlib.

Buna onun "qara qartallar"ın düşərgəsində çalışmağa başlayandan bəri azarkeşlərin etirazları ilə üzləşməsi səbəb olub. Vaxtilə "Beşiktaş" azarkeşləri ilə problem yaşamış Ak, sözügedən komandada işə başlasa da, fanatlar qalmaqalları yaddan çıxarmayıblar. Onlar "Beşiktaş"ın bu yay keçirdiyi yoxlama oyunlarında, həmçinin Super Liqanın 1-ci turu çərçivəsinə keçirilmiş "Sivasspor"la səfər oyununda Orhanın ünvanına təhqiramiz şüarlar səsləndirmiş, istefasını tələb etmişdilər. Vəziyyətin dəyişmədiyini görən Ak da istefa vermək məcburiyyətində qalıb.

Artıq "Beşiktaş" rəhbərliyi Akın istefasını qəbul edib. Abdullah Avcının onun əvəzində kiminlə çalışacağı hələlik, bəlli deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.