İdman

Azərbaycan millisinin sabiq baş məşqçisi vəfat etdi

22 Avqust 2019 14:09
0 Şərh     Baxış: 1 586
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futzal üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Milton Luis Ziller Junior vəfat edib.

Milli.Az Yenicag.az-a istinadən xəbər verir ki, 57 yaşlı braziliyalı mütəxəssis ötən həftə instult keçirdiyi üçün yerləşdirildiyi xəstəxanada ölüb.

Bununla bağlı Azərbaycan Futzal Federasiyasının rəhbərliyi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, "Professor" ləqəbli Milton 2016-cı ildə Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində Azərbaycan millisinin baş məşqçisi olub. Yığma ilk dəfə iştirakçısı olduğu mundialda mübarizəni 1/4 finalda dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.