İdman

"Qarabağ"ın oyununun biletləri satışda

21 Avqust 2019 19:29
0 Şərh     Baxış: 1 230
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin cavab matçında avqustun 29-da Şimali İrlandiyanın "Linfild" klubunu qəbul edəcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,qarşılaşmanın biletləri bu gündən etibarən satışa çıxarılıb. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10 və 50 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Xatırladaq ki, "Qarabağ"ın "Linfild"lə ilk oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Avqustun 29-da Bakıda olacaq matçın start fiti isə saat 20:00-da veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.