İdman

“Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək” - Vahabzadə

20 Avqust 2019 21:04
0 Şərh     Baxış: 1 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Kəpəz" Bakıda keçirdiyi 10 günlük təlim-məşq toplanışını başa vuraraq Gəncəyə qayıdıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Yaşar Vahabzadə paytaxtdakı hazırlıqla bağlı klubun mətbuat xidmətinə açıqlama verib:

"Bakı toplanışını yaxşı dəyərləndirirəm. Vaxtın az olmasına baxmayaraq, uşaqlar çalışırdılar ki, verilən tapşırıqları lazımı qaydada yerinə yetirsinlər. Gündə iki məşq etdik. Qısa vaxtda iki yoxlama oyunu keçirdik. Çempionatla bağlı məşqlərə gec başladıq. Hər şey normaldır. Nəyin alınıb-alınmadığını oyunlar göstərəcək. Oyunçular deyilənləri layiqincə icra etməyə səy göstərirlər, çalışqanlıqlarına söz ola bilməz. Komandaya yeni futbolçular cəlb etmişik. Onlar boşluqları doldurmalıdılar. Yoldaşlıq görüşlərində pis təsir bağışlamalıdılar. Düzdür, hazırlıqları hələ ki, o səviyyədə deyil. Kollektivə gec qoşulublar. Müəyyən vaxt lazımdır. Fiziki cəhətdən artırmalıdılar. Yavaş-yavaş bunu da aradan qaldırmağa çalışacağıq".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.