İdman

PSG 55 illik rekordu təkrarladı

20 Avqust 2019 12:04
0 Şərh     Baxış: 1 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

PSG Fransa Liqasında 55 illik rekordu təkrarlayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, 2-ci turda Rennes-lə görüşdə qeydə alınıb. Paris təsmilçisi 1:2 hesabı ilə uduzsa da, ölkə çempionatında ardıcıl 40-cı oyununda meydanı qolsuz tərk etməyib.

Daha əvvəl bu göstəriciyə 1964-cü ildə Rasing nail olmuşdu. Komanda ardıcıl 40 oyunda fərqlənmişdi. PSG növbəti turda Toulouse-yə qarşı matçda da qol vursa, bu göstəricidəki rekordu təzələyəcək.

Qeyd edək ki, PSG - Toulouse matçı avqustun 25-də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.