İdman

"Nəticəni ədalətli hesab etmək olar" - Elşad Əhmədov

20 Avqust 2019 07:35
0 Şərh     Baxış: 670
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çempionatın ilk oyunu idi. Həqiqətən çətin oldu. Futbolçularda həyəcan var idi. Rəqibin "Neftçi" olması buna təsir etdi. Hər iki komanda qələbə qazana bilərdi. Bu baxımdan nəticəni ədalətli hesab etmək olar".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Elşad Əhmədov Azərbaycan Premyer Liqanın ilk turunda "Neftçi" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

O, futbolçusu Cavid İmamverdiyevin hazırlığının yerində olduğunu bildirib: "Cavid topu saxlaya bilən oyuçudur. Bəlkə də, ötürmələrdəki səhvi həyəcanla bağlı idi".

E.Əhmədov bu heyətlə qarşıya qoyulan hədəfə çata biləcəklərinə inandığını söyləyib: "Ya çempionat vasitəsilə, ya da ölkə kubokunu qazanaraq Avropa Liqasına getmək istəyirik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.