İdman

Dibala addım-addım PSJ-yə

19 Avqust 2019 15:24
0 Şərh     Baxış: 1 306
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un argentinalı ulduzu Paulo Dibala karyerasını Fransa Liqa 1-ində davam etdirməyə hazırlaşır.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, PSJ ilə Turin təmsilçisi arasında danışıqlar artıq son mərhələdədir.

Tərəflərin yaxın müddətdə son dəfə bir araya gəlməsi və razılığın 80 milyon avroya əldə olunması gözlənilir. Argentinalının meneceri Xorxe Antun PSJ-nin idman direktoru Leonardo ilə görüşərək şəxsi müqavilənin detallarını müzakirə edib.

"Yuventus" da Dibalanı satışından əldə olunacaq gəlirlə "İnter"in hücumçusu Mauro İkardini heyətinə qatacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.