İdman

La Liqada 8 qollu heç-heçə, "Real" isə... - VİDEO

18 Avqust 2019 09:49
0 Şərh     Baxış: 1 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniya La Liqasında mövsümün ilk turu davam edir.

Milli.Az xəbər verir ki, turun daha beş qarşılaşması baş tutub.

"Real" səfərdə "Selta"nı 3:1 hesabı ilə məğlub edib. "Malyorka" "Eybar"a, "Osasuna" "Leqanes"ə qalib gəlib.

Günün digər iki matçında qalib müəyyənləşməyib. "Vilyareal" - "Qranada" görüşündə nadir təsadüf olunan 4:4 hesablı heç-heçə qeydə alınıb. "Valensiya" - "Real Sosyedad" matçında isə komandalar hərəyə 1 qol vuraraq, 1 xal qazanıblar.

Qeyd edək ki, tura avqustun 18-də yekun vurulacaq.

İspaniya La Liqası
I tur
17 avqust
"Selta" - "Real" - 1:3
Losada, 90 - Benzema, 12, Kross, 61, Vaskes, 80
"Malyorka" - "Eybar" - 2:1
Rodriges, 4, Oliveyra, 75 (avtoqol) - Oliveyra, 57
"Valensiya" - "Real Sosyedad" - 1:1
Qameyro, 58 - Oyarzabal, 90 (pen.)
"Leqanes" - "Osasuna" - 0:1
Avila, 75
"Vilyareal" - "Qranada" - 4:4
Kazorla, 35 (pen.), Qomes, 53, Moreno, 65, Çukvueze, 73 - Viso, 45, Maçis, 62, Soldado, 75, Puertas, 81

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.