İdman

Jalə Əliyeva və Ceyla Nağızadə dünya çempionatında çıxış etdi

17 Avqust 2019 08:28
0 Şərh     Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatı davam edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, dördüncü yarış günündə iki qadın güləşçimiz mübarizəyə qoşulub.

Jalə Əliyeva debütdə Yaponiya təmsilçisinə müqavimət göstərə bilməyib. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz avqustun 16-da təsəlliverici görüşə çıxıb və kanadalı həmkarıyla da bacarmayıb.

Ceyla Nağızadə isə ilk görüşdə sonuncu xal prinsipinə əsasən ukraynalı güləşçiyə məğlub olub.

62 kq
1/8 final - Jalə Əliyeva - Yuzuka İnaqaki (JPN) 2:13
Təsəlliverici görüş - Jalə Əliyeva - Ana Paula Qonzales (CAN) 0:10

65 kq
1/8 final - Ceyla Nağızadə - Oksana Çudik (UKR) 1:1*

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.