İdman

Qazaxıstan Azərbaycanla fərqi yenidən artırdı - UEFA-nın reytinqi

16 Avqust 2019 11:19
0 Şərh     Baxış: 1 802
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, səfərdə İsrailin "Bney Yehuda" klubuna 1:2 hesabı ilə uduzan "Neftçi" Azərbaycana xal qazandırmayıb.

26-cı yerdə qərarlaşan Azərbaycanın son 5 mövsümdəki xalları 17,500-dür. 25-ci yerin sahibi Qazaxıstan "Astana"nın qələbəsindən sonra xallarını 18,500-ə çatdırıb.

Bu mövsüm "Neftçi" 1,125 reytinq xalı qazanıb. Paytaxt təmsilçisi Avropa Liqasında mübarizəni başa vurub.

"Qarabağ"ın qazancı isə 1 xaldır. Ağdam klubu Avropa Kuboklarında Azərbaycanı təmsil edən yeganə klubdur. Komanda Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubu ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.