İdman

"Qarabağ"ı hansı cəza gözləyir? - klubdan açıqlama

15 Avqust 2019 16:14
0 Şərh     Baxış: 2 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA bu mövsüm ikinci dəfə "Qarabağ"a intizam işi açıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunlar Ağdam klubunun Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə Bakıda cavab matçında azarkeşin meydana girməsi və 3-cü mərhələnin APOEL-lə Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyunda azarkeşlərin meydançaya kənar əşyalar atmasına görədir.

Bəs "Qarabağ"ı bu qayda pozuntularına görə hansı cəza gözləyir?

Klubun baş meneceri Asif Əsgərov qol.az-a açıqlamasında məsələyə aydınlıq gətirib: "Belə hallar normaldır. İstər azarkeşin meydana girməsi olsun, istərsə də meydançaya yad əşyalar atılması. Bunların hər birinin öz qaydaları var. Bu qaydalara uyğun da UEFA ya bizə xəbərdarlıq edəcək, ya da klub müəyyən məbləğdə cərimə ilə üzləşəcək. Elə bir ciddi şey yoxdur".

Qeyd edək ki, UEFA sözügedən məsələlərə avqustun 22-də və sentyabrın 19-da baxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.