İdman

UEFA Super kubokunda meydana daxil olan şəxsin kimliyi müəyyənləşdi

15 Avqust 2019 12:59
0 Şərh     Baxış: 1 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulda İngiltərənin "Liverpul" və "Çelsi" komandaları arasında keçirilən UEFA Super Kubokunun oyunu zamanı meydana azarkeş daxil olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, hadisə matçın 12-ci dəqiqəsində baş verib. Stadionun təhlükəsizlik xidmətinin 7 əməkdaşı qanunpozucusunu saxlayıb və meydandan kənarlaşdırıb.

Həmin şəxsin "Deli mi ne" Youtube kanalının sahibi Youtuber Fester Abdu olduğu müəyyənləşib.

Xatırladaq ki, "Liverpool - "Çelsi" matçı 2-2 hesablı bərabərliklə yekunlaşıb, penaltilər seriyasında üstün olan "qırmızılar" Super Kuboku qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.