İdman

Məsut Özili iki it qoruyur

15 Avqust 2019 11:09
0 Şərh     Baxış: 1 524
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Arsenal" klubunun futbolçusu Məsut Özilin bıçaqlı hücuma məruz qaldığını xəbər vermişdik.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, hadisənin üstündən bir neçə gün keçməsinə baxmayaraq, Özilə hücum edən şəxslər hələ tapılmayıb.

Özil, təhlükəsizliyini təmin etmək üçün yaxınları ilə əlaqə saxlayaraq, Türkiyədən iki "Kanqal" cinsindən olan it gətizdirərək, evinin qarşısına bağlayıb.

Özilə hücum edən şəxsləri tuta bilməyən mühafizə işçiləri, Özillə yanaşı, "Arsenal"ın bütün futbolçularının da təhdid olunduğunu açıqlayıb. İngilis polislər, hücum edənlərin Məsut və həyat yoldaşına aid olan hər şeyi almaq istədiklərini bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.