İdman

AFFA yeni liqa yaratdı

14 Avqust 2019 18:59
0 Şərh     Baxış: 876

2019/2020-ci il mövsümündən etibarən AFFA-nın təşkil etdiyi uşaq liqalarının siyahısına daha bir yaş qrupu üzrə turnir - U-9 liqası əlavə olunacaq.

Milli.Az AFFA-ya istinadən xəbər verir ki, U-9 liqasının ilk mövsümü Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə keçiriləcək.

Liqada oyunlara sentyabrın son həftəsində start verilməsi planlaşdırılır. Mövsümə gələn ilin aprel ayında yekun vurulacaq.

Liqada keçiriləcək oyunların nəticəsi qeydə alınmayacaq, liqa üzrə qaliblər müəyyənləşdirilməyəcək. Nəticələr qeydə alınmayacağı üçün final mərhələsi təşkil olunmayacaq, əvəzində hər 3 şəhəri təmsil edən komandalar mövsümün sonuna qədər çıxış edəcəklər.

Oyunların idarə olunması hər hissədə bir komandanın məşqçisinə həvalə olunacaq.

Liqanın yeni formatda təşkilində məqsəd uşaqların daha çox oyun keçirməsinə, komandaların oyunun nəticəsinə deyil, keyfiyyətinə diqqət ayırmasına nail olmaqdır.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.