İdman

Ronaldu Messi ilə fərqindən danışıb

14 Avqust 2019 16:44
5 Şərh     Baxış: 2 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un futbolçusu Kriştianu Ronaldu "Barselona"nın oyunçusu Lionel Messi ilə arasındakı fərqdən danışıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Ronaldu bununla bağlı belə deyib: "Fərq ondadır ki, fərqli klublarda oynamışam və fərqli komandalarla Çempionlar Liqasını qazanmışam. Ardıcıl 6 il bu turnirin ən yaxşı bombardiri olmuşam. Çox az oyunçu Çempionlar Liqasının kubokunu 5 dəfə qazanıb".

Portuqaliyalı hücumçu Messinin əla futbolçu olduğunu da deyib: "Onu təkcə 5 dəfə "Qızıl top"u qazanması ilə yox, həm də mənim kimi ilbəil daha yaxşı olması ilə xatırlayacaqlar".

Mili.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.