İdman

"Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır" - Riçard Almeyda

14 Avqust 2019 09:44
5 Şərh     Baxış: 1 233

"Qarabağ"ın futbolçusu Riçard Almeyda Çempionlar Liqasının III təsnifat mərhələsinin APOEL-lə cavab oyunundan (0:2) sonra jurnalistlərin suallarını cavablandırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, əvvəlcə məğlubiyyəti şərh edib.

- Bu gün futbol elədir ki, ani diqqətsizlik olanda rəqib səni cəzalandırır. Biz də əlimizə düşən imkanları qola çevirsəydik, bəlkə də, fərqli olardı. Başımızı dik saxlamalı, irəli baxmalıyıq.

- Nikosiyada 90+5-də buraxılan qol nəticəyə nə dərəcədə təsir etdi?

-  Yox, orada da ani diqqətsizlikdən buraxmışdıq. Bu gün də diqqətsizlik oldu. Zubirin, mənim, Slavçevin qol epizodları oldu, yararlana bilmədik. Uduzmağı da bacarmaq lazımdır. APOEL-i qələbə münasibətilə təbrik etməliyik.

- Slavçev nə etsin ki, qol vura bilsin?

- Bunun üçün baş məşqçimiz var. O, hamımıza eyni gözlə baxır. Kiməsə futbolu öyrədən məşqçidir. Məyusuq, bu qədər azarkeş gəlmişdi. İstəyirdik ki, onları sevindirək. Bu gün çox möhtəşəm idilər. Əlimizdə imkan var ki, Avropa Liqasının qrupuna düşək. Ümid edirəm ki, "Neftçi" də İsraildə "Bney Yehuda" səddini keçəcək. Avropa Liqasının qruplarında ölkəmizi təmsil etmək istəyirik.

- Bu məğlubiyyətdən sonra toparlanmaq çətin olmayacaq?

- Bunun üçün çox təcrübəli baş məşqçimiz, təcrübəli futbolçularımız var. Bu, ilk məğlubiyyət deyil. Ötən il də BATE-yə uduzmuşduq. Yığıldıq, toparlandıq. Kişi olmaq və məğlubiyyəti qəbul etmək lazımdır. Eniş-yoxuşlar olur, bunların öhdəsindən gəlməyi bacarmalıyıq.

- Bu gün "Qarabağ" özünə bənzəmirdi. Sırf nəticə üçün oynamaq mümkün olmazdı?

- Bizim oyun fəlsəfəmiz var. Bu gün meydanda hansı tərəf yaxşı idi? Çatışmayan cəhət qol idi. Bunu etsəydik, deyəcəkdiniz ki, həmin ki, "Qarabağ" idi.

Milli.Az

loading...

Şərh yaz:

5 Şərh:

  • Anonim
    Tam Maxfi. · 14 Avqust 09:5800

    Legionerin veteni olmur.Legionerlerde Qarabaqda doludu.Sizin ne vecinizediki veteniniz ucun vurusmursuzki.Ya uddunuz oyunu ya uduzdubuz oyunu pulunuzu alacaqsiniz.Sizi yaxsi paz...... lazimdi.Onda yaxsi oynayarsiniz.

    Cavab yaz
    • Anonim
      Bu Sksn · 14 Avqust 10:3401

      Ona buna söz atinca.Sən get bir qapıdan o biri qapıya qaç,dilin yerə dəyəndə onda deyəcəm sənə

      Cavab yaz
  • Anonim
    Tənqidçi · 14 Avqust 10:3751

    Qarabağ oyunun ən zəifi Rəşaddı..Rəşadın oyunu biabırçılıqdı...bu Rəşadın qırxıda çıxıb getmire...ay Rəşad komandanın məğlub olmağın səbəbkarı sən oldun..çıx get imkan ver prespektivli cavanlar oynasında..əl çəkdə öz iyrənc oyunundan çıx get başqa işlərnən məşqul ol...bizim əsəblərimizlə oynama...

    Cavab yaz
  • Anonim
    Musa · 14 Avqust 12:1400

    Milləti əsəbləşdirib nə fəlsəfədən danışır bu?

    Cavab yaz
  • Anonim
    Elshen · 14 Avqust 12:3411

    ÇL qrupda qalmaqdansa, avroliqanın qrupuna düşüb xeyli irəliləmək daha yaxşıdı indiki klublarımız üçün. Klublar arası ikinci dərəcəli çempionatın qalibi olaq, sonra ÇL haqqında xəyal qurmaq olar. Təəssüf ki bu neçə ildə futbolumuzda irəliləyiş çox astadı.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.