İdman

"Qarabağ" APOEL-ə qarşı

13 Avqust 2019 09:14
0 Şərh     Baxış: 1 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, təmsilçimiz "Qarabağ" da mərhələnin cavab oyununa çıxacaq. Qurban Qurbanovun komandası Bakıda APOEL-i qəbul edəcək.

Kiprdə keçirilən ilk görüşdə 2:1 hesablı qələbə qazanan Ağdam təsmilçisi pley-offa vəsiqə üçün yaxşı şans əldə edib.

Qeyd edək ki, "Qarabağ" mərhələni keçsə, pley-offda PAOK - "Ayaks" cütünün qalibi ilə qarşılaşacaq. "Atlılar" APOEL-i mübarizədən kənarlaşıdırsa, pley-offa yüksəlməklə yanaşı, ən azı Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də təmin edəcək. Mərhələni APOEL-in keçəcəyi təqdirdə isə "Qarabağ" mübarizəni Avroliqanın pley-offunda davam etdirəcək.

13 avqust

Çempionlar Liqası

3-cü təsnifat mərhələsinin cavab oyunu
 
20:30. "Qarabağ" (Azərbaycan) - APOEL (Kipr)
Hakimlər: Daniel Sibert, Yan Seydel, Lasse Koslovski, Martin Petersen (Almaniya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
İlk oyun - 2:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.