İdman

Messi İspaniya La Liqasının bir neçə oyununu buraxa bilər

11 Avqust 2019 20:50
0 Şərh     Baxış: 3 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi İspaniya La Liqasının ilk turlarını buraxa bilər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, buna səbəb futbolçunun zədələnməsidir.

Klubun baş məşqçisi Ernesto Valverde bildirib ki, Messi avqustun 6-da komandanın məşqində zədələnib. Argentinalı hücumçu "Napoli" ilə yoldaşlıq görüşündə meydana çıxmayıb.

Qeyd edək ki, İspaniya La Liqasının birinci turunda "Barselona" avqustun 16-da "Atletik Bilbao" ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.