İdman

Uruqvay millisinin üzvü İtaliya klubunda

11 Avqust 2019 11:07
0 Şərh     Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Cagliari" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi Uruqvay yığmasının yarımmüdafiəçisi Nahitan Nandesi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Argentinanın "Boca Juniors" klubundan transfer olunnan 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

İtaliya mətbuatının yazdığına görə, bu transfer "Cagliari"yə 18 milyon avroya başa gəlib.

"Penyarol"un yetirməsi olan Nandes, 2017-ci ildən "Boca Juniors"da çıxış edirdi. Nahitan 2015-ci ildən formasını geyindiyi Uruqvay millisində 27 oyuna çıxıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.