İdman

Güləşçilərimiz beş medal qazanıblar - FOTO

10 Avqust 2019 21:02
0 Şərh     Baxış: 652
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə Qran-Pri turniri başa çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yarışların sonuncu günündə 86, 97, 125 kiloqram çəki dərəcələrində sərbəst, 82, 97 və 130 kiloqram çəki dərəcələrində yunan-Roma güləşində medalçılar müəyyənləşib. Pəhləvanlarımızdan beşi fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşi üzrə yarışda Rafiq Hüseynov (82 kq) və Orxan Nuriyev (97 kq) gümüş, Elvin Mürsəliyev (82 kq) və Beka Kandelaki (130 kq) isə bürünc medal qazanıb. Sərbəst güləşdə isə Hacımurad Məhəmmədsəidov (86 kq) ikinci yeri tutub.

Beləliklə, güləşçilərimiz Qran-Pri turnirində, ümumilikdə, 13 medal qazanıb. Bunlardan ikisi qızıl, yeddisi gümüş, dördü isə bürünc olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.