İdman

"Qarabağ"ın oyununda alman hakimlər

10 Avqust 2019 08:13
0 Şərh     Baxış: 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - APOEL cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçın baş hakimi Almaniya Futbol Federasiyasından 35 yaşlı Daniel Sibert olacaq. Ona Yan Seidel, Lasse Koslovski köməklik edəcək. Dördüncü hakim funksiyasını Martin Petersen yerinə yetirəcək.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü avqustun 13-ü yerli vaxtla 20:30-da başlayacaq. Bu komandalar arasında Kiprdəki ilk oyunda Ağdam klubu 2:1 hesabı ilə qalib gəlib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.