İdman

“Neftçi”nin oyununda meydana girən ağsaqqal kimdir? - FOTO

9 Avqust 2019 15:11
0 Şərh     Baxış: 3 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Neftçi" - "Bney Yehuda" matçı (2:2) zamanı maraqlı hadisə yaşanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Bakcell Arena"da keçirilən qarşılaşmada İsrail komandasının futbolçuları vaxtı uzatmaqla məşğul olmaları azarkeşlərin etirazına səbəb olub. Amma belə bir vaxtda meydanda yaşlı bir nəfərin görünməsi diqqət çəkib.

Bu epizoda matçı canlı yayımlayan "CBC Sport"un şərhçisi Pərviz Musayev də özünəməxsus şərh verib.

O, oyunun son dəqiqələrində meydana daxil olan şəxsə "Sənin meydanda nə işin var, ağsaqqal?" deyə, səslənib.

Daha sonra məlum olub ki, bu yaşlı şəxs "Bney Yehuda" klubunun əməkdaşıdır və tibbi personalda yer alır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.