İdman

Salahdan növbəti jest

9 Avqust 2019 21:25
0 Şərh     Baxış: 2 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Misirin paytaxtı Qahirədə baş vermiş terror aktına bu ölkənin məşhur futbolçusu Məhəmməd Salah biganə qalmayıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Liverpul"un oyunçusu Onkologiya Xəstəxanasına maliyyə yardımı edib.

Məsələ burasındadı ki, baş vermiş ağır yol qəzası nəticəsində baş vermiş güclü partlayışdan sonra yaxınlıqdakı xəstəxana ciddi zərərə uğrayıb. Salah xəstəxananın yenidən qurulması üçün 2,5 milyon funt-sterlinq yardım edib. Bunu Qahirə Universitetinin rəhbəri Məhəmməd Osman Elxost deyib.

Qeyd edək ki, hadisə nəticəsində 20 nəfər ölüb, 47 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.