İdman

"Bney Yehuda"nın futbolçusunun qolu qırıldı - "Neftçi" ilə oyunda

9 Avqust 2019 11:42
1 Şərh     Baxış: 2 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" ciddi itki ilə üzləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, İsrail klubunun  müdafiəçisi Paz Ben Ari sıradan çıxıb.

Matçın son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.

Mərkəz müdafiəçisi qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ben Ari İsrailə döndükdən sonra növbəti dəfə tibbi testlərdən keçəcək və onun son durumu məlum olacaq.

Xatırladaq ki, "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabı ilə başa çatıb. Komandalar avqustun 15-də İsraildə cavab oyununa çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.