İdman

"Neftçi" Azərbaycanın aktivinə növbəti reytinq xalını yazdırdı

9 Avqust 2019 10:39
0 Şərh     Baxış: 3 151
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Neftçi" klubu UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalını yazdırıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, Avropa Liqasında İsrail "Bney Yehuda"sı ilə 2:2 hesablı heç-heçə ilə nəticələnmiş III təsnifat mərhələsinin ilk görüşündən sonra baş verib. Bu nəticə ölkə reytinqinə 0,125 xal gətirib.

Bununla da Azərbaycanın xalları 17,500-ə çatıb.

Lakin reytinq siyahısında irəliləmək mümkün olmayıb. Daha irəli pillələrdəki ölkələrdən İsrailin 19,125 xalla 23-cü, Belarus 18,375 xalla 24-cü, Qazaxıstan 18,250 xalla 25-cidir.

Qeyd edək ki, daha əvvəl "Qarabağ" Kiprdə APOEL üzərində 2:1 hesablı qələbə sayəsində Azərbaycana 0,250 xal qazandırıb.

Bu mövsüm əldə olunmuş 2,125 xalın 1,125-i (4 qələbə, 1 heç-heçə) "Neftçi"yə, 1,000-ı (3 qələbə, 2 heç-heçə) isə "Qarabağ"a məxsusdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.