İdman

İslam Bazarqanov "Qran-pri"nin finalına yüksəlib

9 Avqust 2019 08:08
0 Şərh     Baxış: 557
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın paytaxtı Tbilisidə Vaxtanq Balavadze və Givi Kartoziyanın xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri davam edir.

Azərbaycan Güləş Federasiyasından Milli.Az-a verilən məlumata görə, ikinci yarış günündə 57, 65 və 74 kq-da sərbəst, 60, 67, 77 və 87 kq-da yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Sərbəst güləşçilərimizdən İslam Bazarqanov (57 kq) finala vəsiqə qazanıb. Onun yarımfinalda məğlub etdiyi komanda yoldaşı Şahin Muxtarov, eləcə də yunan-Roma güləşçilərimizdən Kamran Məmmədovla (67 kq) Həsən Əliyev (77 kq) bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, bu çəkilərdə medal qarşılaşmaları sabah keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.