İdman

"Real" "yaponiyalı Messi"ni icarəyə göndərdi

8 Avqust 2019 18:34
0 Şərh     Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" bu yay heyətinə cəlb etdiyi yaponiyalı futbolçu Takefusa Kubonu icarəyə verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Barselona"nın yetirməsi La Liqanın digər klubuna keçib.

Belə ki, "kral klubu" onu "Valyadolid"ə icarəyə verib. Razılığa əsasən, "yaponiyalı Messi" ləqəbli futbolçu qarşıdakı mövsümü "Valyadolid"də keçirəcək. İcarə müddəti gələn yay yenidən uzadıla bilər.

Qeyd edək ki, Takefusa Kubo ötən mövsüm "Tokio"nun heyətində 30 oyun keçirib, 6 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.