İdman

Əliyar Ağayev Çempionlar Liqası oyununa təyinat aldı

8 Avqust 2019 18:56
0 Şərh     Baxış: 1 232
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinatını alıb.

Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək LASK (Avstriya) - "Bazel" (İsveçrə) cavab matçının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sözügedən görüş avqustun 13-də, Avstriyada keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.