İdman

"Mərhələ keçmək üçün sona qədər mübarizə aparacağıq" - APOEL-in futbolçusu

7 Avqust 2019 13:08
0 Şərh     Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında "Qarabağ"a 1:2 hesabı ilə məğlub olan APOEL-in futbolçusu Andre Vidiqal matçdan sonra açıqlama verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu, cavab matçında sona qədər mübarizə aparacaqlarını bildirib:

"Üzərində çalışmalı olduğumuz çox şey var. İlk matçda qalib gələ bilmədik, amma cavab oyununda mərhələ keçmək üçün sona qədər mübarizə aparacağıq. Səhvlərimizdən nəticə çıxarmalıyıq. 90+5-ci dəqiqədə vurduğumuz qolu cavab oyununda da təkrarlamalıyıq. Bu, bizim komandadır və son dəqiqəyə qədər mübarizə aparırıq".

Komandalar arasında Bakıda keçiriləcək cavab matçına avqustun 13-də, saat 20:30-da start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.