İdman

Renat İngiltərə klubunda - İddia

6 Avqust 2019 18:23
0 Şərh     Baxış: 473

Millimizin hücumçusu Renat Dadaşovun İngiltərənin  "Vulverhempton" klubuna transfer olunduğu iddia edilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "BirminghamLive" saytı məlumat yayıb. 20 yaşlı hücumçu ilə  müqavilə imzalandığı vurğulanıb. Müqavilənin detalları barədə məlumat verilməyib.

Bildirilir ki, İngiltərə Premyer Liqası təmsilçisi  "Eştoril"dən transfer etdiyi R.Dadaşovu daha sonra derhal Portuqaliyanın digər klubu "Pakoş de Ferreyra"ya icarəyə verib.

Qeyd edək ki, Renat Dadaşov ötən il  "Ayntraxt"dan "Eştoril"ə transfer olunmuşdu.

Xatırladaq ki, R.Dadaşov bu il ilk dəfə əsas millimizə çağırılıb.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.