İdman

Boks millimizin baş məşqçisi istefa verdi

6 Avqust 2019 13:27
0 Şərh     Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.

Milli.Az Azərbaycan Boks Federasiyasının saytına istinadən xəbər verir ki, qurum rəhbərliyinin iştirakı ilə keçirilən iclasda mütəxəssisin müraciəti müzakirə olunub.

Səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V. Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi istefa ərizəsi qəbul olunan mütəxəssisə yığmalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

Artıq yeni baş məşqçi ilə danışıqlara start verilib. Yaxın günlərdə millini çalışdıracaq mütəxəssisin adı açıqlanacaq.

Qeyd edək ki, V. Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunmuşdu. O, bunadək 2 il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.