İdman

Azərbaycan gimnastlarına böyük uğurlar arzulayıram - tamaşaçı

13 Oktyabr 2019 20:03
Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Tamaşaçı dəstəyi idmançılar üçün böyük rol oynayır".

Milli.Az bildirir ki, bunu Trend-ə bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyini izləyən tamaşaçı Səbinə Səmədova deyib.

S.Səmədovanın sözlərinə görə, o, Milli Gimnastika Arenasında keçirilən yarışlara baxmağa tez-tez gəlir:

"Azərbaycan gimnastlarının nə qədər yaxşı çıxış etmələri, proqramı ardıcıl olaraq yerinə yetirməyə çalışdıqlarını görmək çox xoşdur. Onların uğurlarını görmək sevindirici haldır, gimnastlarımıza idmanda böyük uğurlar arzulayıram".

S.Səmədova deyib ki, tamaşaçılar gimnastları həvəsləndirir, dəstəkləyir və bu, onlara inamla güc verir:

"Tamaşaçıların qızlar üçün fəal azarkəşlik etmələri xoşdur. Tamaşaçı dəstəyi onlar üçün böyük rol oynayır".

Qeyd edək ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında 26-cı Azərbaycan və Bakı birinciliyi və 6-cı bölgələrarası kuboku keçirilir.

Oktyabrın 11-12-də aerobika gimnastikası üzrə beşinci Azərbaycan birinciliyi və Bakı çempionatı da keçirilib.

Gimnastikanın hər iki növündə yarışlarda Bakı və Azərbaycanın bölgələrindən 200-dən çox idmançı iştirak edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.