İdman

"Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - Avroliqa

5 Avqust 2019 16:02
1 Şərh     Baxış: 1 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, UEFAnın Nyondakı qərargahında keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı potensial rəqibi məlum olub.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.