İdman

“Neftçi”yə qarşı oynamaq bizim üçün çətin olacaq” - “Bney Yehuda”nın baş məşqçisi

5 Avqust 2019 13:41
1 Şərh     Baxış: 1 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Bney Yehuda" (İsrail) klubunun baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaqları oyunlar haqda fikirlərini bildirib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, Abukasis "Neftçi"nin güclü komanda olduğunu deyib:

"Neftçi"nin Tula "Arsenal"ına qarşı oyununda idim. Onlar yüksək keyfiyyətli legionerlərə sahib güclü komandadır. "Neftçi"yə qarşı oynamaq bizim üçün çətin olacaq. Yaxşı nəticə əldə etmək etmək üçün nəyə qadir olduğumuzu göstərməliyik".

"Neftçi" - "Bney Yehuda" matçı avqustun 8-də, 8-ci km stadionunda, cavab görüşü isə avqustun 15-də, Təl-Əvivdə keçiriləcək. Hər iki oyun saat 21:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.